01.10.2021

İctimaiyyətlə əlaqələrə məsul şəxslər üçün təlim-seminar

Oktyabrın 1-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə yerli təhsili idarəetmə qurumlarının ictimaiyyətlə əlaqələrə məsul şəxsləri üçün onlayn təlim-seminar keçirilib.

Məqsəd regionlarda ictimaiyyətlə əlaqələrə dair  iş keyfiyyətinin artırılması, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxslərin peşə bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

Təlim-seminar çərçivəsində rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəsmi  internet saytının və sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsi, media ilə əlaqə, böhran vəziyyətlərində kommunikasiya, daxil olan sorğuların operativ cavablandırılması kimi mövzular ətrafında müzakirə aparılıb.  

Təlim iştirakçıları mövzu istiqamətində fikir və təcrübələrini bölüşüb, təlimin faydalılığına toxunublar.

Sonra təlim iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, bu istiqamətdə təlimlərin mütəmadi təşkili nəzərdə tutulur.

 


Açar sözlər: