01.09.2021

Lerik Rayon Təhsil Şöbəsi  cari tədris ilinin ilk onlayn konfransını keçirib

2021-ci il 01 sentyabr  tarixində Lerik Rayon Təhsil Şöbəsinin  cari tədris ilinin ilk onlayn konfransı keçirilib. Iclasda Lerik RTŞ-nin müdiri, şöbənin əməkdaşları və rayon ümumtəhsil məktəblərinin direktorları iştirak edib.

Konfransda  ilk olaraq çıxış edən  RTŞ-nin müdiri Zöhrab Salayev  növbəti tədris ilinə hazırlıq məqsədilə rayon ümumtəhsil müəssisələrinin dezinfeksiya edilməsi vəziyyəti, məktəblərdə dərs bölgüsünün aparılması, carı tədris ili üçün məktəblərə müvafiq dərsliklərin təhvil verilməsi, təhsil işçilərinin vaksinasiyası məsələləri və.s digər vacib mövzülar barədə geniş məlumat vermişdir.

 Məktəblərdə vakant olan ixtisasların Təhsil Nazirliyinin sistemində müvafiq vakansiyaların çıxarılması məsələsi , həmçinin cari tədris ili üçün rayon məktəblərinə təyinat almış müəllimlərin rayon təhsil şöbəsində qeydiyyatdan keçərək aidiyyatı üzrə məktəblərə göndərilməsi və bu kimi digər məsələlər barədə RTŞ-nin aparıcı məsləhətçisi Hüseynbala Əliyev məlumat vermişdir.

Daha sonra Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyində İKT və Dərzi ixtisasları üzrə X-XI sinif şagirdləri üçün peşə təmayüllü siniflərə aparılacaq qəbul prosesi və bu siniflərin yaradılmasının məqsədi həmçinin təhsilalanların adı çəkilən peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi , peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanması məsələsi barədə liseyin direktoru Gültəkin Şixəliyeva konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

Sonda Lerik RTŞ rəhbərliyi tərəfindən rayon ümumtəhsil məktəb direktorlarına lazımı tövsiyə və tapşırıqlar verilmişdir.

 


Açar sözlər: ,