16.08.2021

SABAH qruplarında müəllim işləmək istəyənlərin nəzərinə!

Təhsil Nazirliyinin SABAH qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar yenidən müsabiqə elan edilib.

Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən namizədlər 21 avqust saat 00:00-dək müraciət edə bilərlər. Müraciət etmək üçün "Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur.

Hər bir namizəd ən çoxu 2 fənn üzrə müraciət edə bilər. Vakant fənlərin siyahısına "Fənlər" bölməsindən baxa bilərsiniz.

Qeyd edək ki, seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcək.

Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/azerbaycan-respublikasi-tehsil-nazirliyinin-sabah-qruplari-bakalavr-layihesinde-20212022ci-tedris-ilinin-payiz-semestri-uzre-asagidaki-fenlerin-tedrisini-aparmaq-meqsedile-yeniden-vakant-yerler-ucun-professor-muellim-heyeti-ve-mutexessisler-saathesabi-qay daxil olaraq əldə edə bilərsiniz. Qeydiyyat ilə bağlı sual yarandıqda teacher@sabah.edu.az ünvanına müraciət edə bilərsiniz.