24.06.2021

Lerik Rayon Təhsil Şöbəsi yanında şura

Lerik Rayon Təhsil Şöbəsi yanında şuranın 2021-ci il üçün fəaliyyət planına uyğun olaraq 24 iyun 2021-ci il tarixində RTŞ-nin növbəti şura iclası keçirilib. İclasda Lerik RTŞ-nin müdiri Z.Salayev, şöbənin əməkdaşları və rayon ümumtəhsil məktəblərinin direktorları iştirak edib.

İclasda ilk olaraq çıxış edən  RTŞ məsləhətçiləri Asiman Əkbərzadə, İlham Quliyev və Qafur Xosiyev şuranın illik fəaliyyət planına uyğun olaraq, məktəbə rəhbərlik və nəzarətin təşkili işinin  vəziyyəti barədə aparılan monitorinqlərin nəticəsilə bağlı geniş məlumat vermişlər.

Daha sonra metodkabinetin direktoru Hicran İbrahimov son 3 ildə rayonun ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının nəticələri, məktəblər üzrə qəbul imtahanlarının nəticələri, fənn olimpiadalarında və fənn müsabiqlərində şagirdlərin göstərdikləri nəticələr, buraxılış imtahanları fənləri üzrə məktəblərin reytinq göstəriciləri və s. bu kimi vacib məsələlər barədə geniş məlumat vermişdir.İclasın sonunda çıxış edən RTŞ-nin müdiri Zöhrab Salayev təhsil işçilərinin vaksinasiyası, Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş "Yay Məktəbi" layihəsinin təşkili vəziyyəti barədə, buraxılış və qəbul imtahanlarının nəticələrəri barədə müzakirərlər apararaq,  şura iclasında müzakirə olunan bir sıra digər vacib məsələlərə toxunmuşdur.

Sonda məktəb direktorları tərəfindən verilən təkliflər qeydə alınaraq, onları maraqlandıran suallara aydınlıq gətirildi.


Açar sözlər: ,