11 iyun 2021-ci il tarixində Lerik Rayon Təhsil Şöbəsinin növbəti onlayn konfransı keçirildi. Konfransda Lerik RTŞ-nin müdiri Zöhrab Salayev, RTŞ-nin əməkdaşları və rayon ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak etmişlər.
İclasda ilk olaraq çıxış edən Metodkabinetin direktoru Hicran İbrahimov “şagird-məzun” sistemi və ümumtəhsil məktəblərində aparılan yekun qiymətləndirmə ilə bağlı bir sıra vacib məsələlərə toxunaraq ətraflı məlumat verib.
Daha sonra çıxış edən RTŞ-nin müdiri Zöhrab Salayev rayon ümumtəhsil məktəblərində çalışan pedaqoji və texniki işçilərin vaksinasiya prosesi, 9-cu siniflərin buraxılış imtahanlarının nəticələri, məktəblərdə “Son Zəng” tədbirinin keçirilməsi məsələsi, eyni zamanda Təhsil Nazirliyinin yeni layihəsi olan dövlət ümumtəhsil müəssisələrində “Yay Məktəbi”-nin təşkili vəziyyəti və bu layihənin əhəmiyyəti barədə geniş məlumat vermişdir.
Sonda məktəb direktorlarını maraqlandıran suallara aydınlıq gətirilib.