02.06.2021

Lerik  RTŞ-ı növbədənkənar  şura iclasını keçirb

Lerik Rayon Təhsil Şöbəsi yanında şuranın 2021-ci il üçün fəaliyyət planına uyğun olaraq 1 iyun 2021-ci il tarixində pandemiya dövründə xüsusi karantin rejeminin qaydalarına əməl olunmaqla RTŞ-nin növbədənkənar  şura iclası keçirilib. Iclasda Lerik RTŞ-nin müdiri, şöbənin əməkdaşları və rayon tam orta məktəblərinin direktorları iştirak edib.

İclasda ilk olaraq çıxış edən  RTŞ-nın məsləhətçisi Q. Xosiyev növbəti tədris ili üçün şagirdlərin  I sinfə qəbul prosesi, IX siniflər üzrə keçiriləcək buraxılış imtahanlarına hazırlıq vəziyyəti, cari tədris ilinin 2-ci yarımili üzrə keçiriləcək məktəbdaxili qiymətləndirmə məsələsi və digər cari məsələlər barədə geniş məlumat verdi. Daha sonra dahi mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubİleyilə əlaqədar məktəblərdə müsabiqələrin keçirilməsi və təşkili vəziyyətilə bağlı metodkabinetin metodisti Mehman Rəcəbov və cari tədris ilində rayon ümumtəhsil məktəblərinə təyinat almış müəllimlərlə elektron əmək müqavilələrin bağlanılması eləcədə növbəti dərs ili üçün vakansiyaların verilməsi vəziyyətilə bağlı RTŞ-nin aparıcı məsləhətçisi Hüseynbala Əliyev məlumat  vermişlər.

İclasın sonunda çıxış edən RTŞ-nin müdiri Zöhrab Salayev rayon ümumtəhsil müəssisələrində aparılmış monitorinqlərin nəticəsi, məktəblərdə  təlim-tərbiyyə prosesinə rəhbərlik,  pandemiya dövründə tədrisin təşkili vəziyyəti eləcədə digər bir sıra vacib mövzülara toxunaraq məktəb direktorlarına öz tövsiyyə və tapşırıqlarını vermişdir.

 


Açar sözlər: ,