23.09.2020

Lerik RTŞ-nın müdiri məktəblərdə 

23 sentyabr 2020-ci il tarixdə Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev tədrisin, təlim-tərbiyə prosesinin karantin rejiminin qaydalarına uyğun təşkili vəziyyətini öyrənmək məqsədilə Lerik şəhər 1 nömrəli, Lerik şəhər 3 nömrəli və Lerik rayon Mondigah kənd tam orta  tam orta məktəblərində olumuşdur.

Şöbə müdiri məktəb rəhbərlərinə tədris və təlim-tərbiyə prosesinin xüsusi karantin rejiminin tələblərinə uyğun təşkili, təhsilalanların mütəmadi olaraq ,,Dərs vaxtı” teledərslərinə və ,,Virtual məktəb” layihələrinə qoşulmalarına nəzarət etmək, aidiyyati dövlət qurumları ilə birlikdə təhsil müəssisələrində dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirləri mütəmadi həyata keçirilməsi tapşırığını vermişdir.


Açar sözlər: ,