Salayev Zöhrab Hüseyn oğlu                    

    1960-ci ildə Lerik rayonun Rvarud kəndində anadan olmuşdur.

    1975-ci ildə Rvarud kənd 8-illik məktəbini ,1977-ci ildə Çayrud kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir.

    1978-ci ildə V.İ.Lenin adına ADP-nin Coğrafiya-Biologiya fakültəsinə qəbul olunmuşdur.

    1983-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitutda Tələbə-Elmi cəmiyyətin sədri olmuşdur.“Qızılağac Dövlət Qoruğunun bio-coğrafi səciyyəsi və mühafizəsi” mövzusu üzrə diplom işi müdafiə etmişdir.Gürcüstan Respublikasının Batumi şəhərindəki Dövlət Universitetində həmin mövzu üzrə məruzə etmiş,məruzəsi fəxri diplama layiq görulmuşdur. Hazırda Batumi Dövlət Universitetində diplom işinə həsr etdiyi mövzuda tədris vasitəsi kimi istifadə olunur.Eləcə də ADPU-də tədris vasitəsi kimi istifadə olunur.1988-ci ildə Azərbaycan müəllimlərinin IV qurultayında rayonda nümayəndə seçilmişdir.1994-95-ci illərdə M.Ə.Rəsulzadə adına BDU-nun nəznində Elmi-pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması İnstitunda Psixoloq ixtisasına yiyələnmişdir.

    2007-ci ildə Azərbaycan Müəllimlər İnstitunda “Xüsusi istedadlı uşaq və gənclərlə fəaliyyətin xarakterik xüsusiyyətləri”nə dair ixtisas artırma kursunu bitirmişdir. YAP-ın üzvüdur.2009-c ildən S.Hacıyev adına Rvarud kənd tam orta məktəbin vəzifəsində çalışır

    2012-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 1 Oktyabr tarixli 2469 №-li sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 0ktyabr 2017-ci il tarixli 01-09-3897/16 saylı razılıq məktubu və Lerik Rayon İcra Hakimiyyəti başçısının 26 oktyabr 2017-ci il tarixli 154 saylı əmrinə əsasən Lerik  Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

        Evlidir. 3 övladı var.