17.01.2020

20 Yanvar - Ümumxalq Hüzn Günüdür

Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 30 il ötür.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Azərbaycan Respublikasının Ümumtəhsil məktəblərində Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.

Bu məqsədlə 16 yanvar 2020-ci tarixdə Lerik rayon M.Bağışov adına 3 nömrəli tam orta məktəbdə 20 yanvar faciəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

İlk öncə məktəbdə keçirilən anım tədbirində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəllimlər şagirdləri daha dolğun və geniş məlumatlandıraraq 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı törətdiklərini vurğulayıblar.

Daha sonra bu faciədə 147 Azərbaycan vətəndaşının şəhid olduğunu, 638 nəfər yaralandığını və xəsarət aldığını, 841 nəfər qanunsuz olaraq həbs edildiyini, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulduğunu birdaha şagirdlərin nəzərinə çatdırılmışdır.

Qeyd edildi ki, Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

 


Açar sözlər: ,  ,  ,