25.12.2019

Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı tədbiri

25 dekabr 2019-cu il tarixdə,31dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Əbülfəz Məmmədov adına Livədirqə kənd ümumi orta məktəbində tədbir keçirilib.

Tədbirdə  məktəbin müəllim, şagird heyəti, təqaüdçü müəllimlər, valideynlər təhsil şöbəsinin və Mədəniyyət idarəsinin nümayəndələri də iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəb direktoru Qurban Ağayev və digər qonaqlar tədbir iştirakçılarını təbrik edərək xoş arzularını bildiriblər.

Məktəbli şagirdlərin hazırladığı müsiqili və əyləncəli proqramla tədbir davam etdirilib.

Daha sonra məktəbin məzunları Asif Həmidov və Nurəddin Məmmədovun ifasında mahnılar dinlənilib.

 

 


Açar sözlər: ,  ,  ,  ,