19.12.2019

Yeni məktəb binasının  açılışı

19 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli Sərəncamına  əsasən tikilmiş Lerik rayonun Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəb binasının açılış mərasimi olub.

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva,Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, Lerik RTŞ-nın məsul işçiləri, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər barədə ətraflı məlumat verib.

Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdən danışan nazir müavini müəllimlik peşəsinin marağının artırılması istiqamətində atılan addımlardan danışıb.

Həmçinin nazir müavini yeni tikilmiş məktəbdə uşaqların biliklərə daha dərindən yiyələnmələrini, xüsusəndə qız uşaqlarının mütləq yüksək təhsil almalarının vacibliyini qeyd etdi

Tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə yaxından tanış olublar.

Bildirilib ki, məktəb binasında  hal hazırda  on bir  sinif otağı,bir director otağı, iki texnologiya, bir fizika kabineti,  bir kimya kabineti,bir biologiya kabineti, bir müəllimlər otağı, iki director müavini, bir idman zalı, bir computer otağı, bir kitabxana, bir fiziki tərbiyə otağı, bir idman ləvazimatları otaqı, iki soyunub-geyinmə otağı, bir tib otağı, bir təsərüfat müdirinin otağı, və bir bufetdən ibarətdir. 

Orand kənd tam orta məktəbində  hazırda 147 şagird oxuyur və bu şagirdlərin təlim tərbiyəsi ilə 20 müəllim məşğul olur.

 

 


Açar sözlər: ,  ,  ,