07.11.2019

Dövlət Bayrağı Günü

Ölkəmizin hər yerində olduğu kimi Lerik rayonun məktəblərində də Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilir.

07.11.2019-cu il tarixdə Lerik rayon Ə. Məmmədov adına  Livədirqə kənd ümumi orta məktəbdə 9 noyabr-Dövlət Bayraq Günü münasibətilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə məktəb kollektivi ilə yanaşı bir sıra qonaqlarda iştirak edib.

Tədbiri öz çıxışı ilə açan məktəbin direktoru Ağayev Qurban qonaqlara və məktəb kollektivinə Azərbaycan tarixində mühüm rol oynayan bu gün haqqında müəyyən məlumatlar vermişdir. O, çıxışında bayraq sözünün etimologiyası, Ulu Öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi yol haqqında qısa məlumat verib.

Daha sonar Livədirqə kənd klubunun müdiri Çingiz Zaidov Livədirqə ərazi icra nümayəndəsi Davud Manafov Təqaüdçü muəllim Əzizxan Əkbərov Təqaüdçü müəllim Bakir Vahabov Məktəbin tarix müəllimi Famin Agayev Çıxış ediblər.

Çıxışlardan sonra Bayrağımızın keçdiyi tarixi yolu əks etdirən videoçarx nümayiş etdirilib.

Ulu öndərin vətənə məhəbbətini əks etdirən videoçarx, Nəsimi ili çərçivəsində Sami Yusifin ifasında kompozisiya nümayiş etdirildi.

Məktəbin məzunları Yaşar Həmidov, Nurəddin Məmmədov vətənpərlik mövzusunda yazılmış mahnılar ifa etdilər.


Açar sözlər: ,  ,  ,  ,