04.10.2019

Müəllimlər günü

04 oktyabr 2019-cu il tarixdə Lerik şəhər 3 nömrəli tam orta məktəbin akt zalında Beynəlxalq “Müəllimlər günü” münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov , Lerik RTŞ-nın müdiri Zöhrab Salayev, idarə və müəssisə rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, qabaqcıl müəllimlər və rayon ziyalıları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə açıq elan olunub.

Tədbiri RTŞ-nın müdiri Umumilli lider Heydər Əlirza oğlu Əliyevin “ Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”  sözləri ilə açaraq bütün müəllimlərin bayram münasibəti ilə təbrik edib onlara gələcək işlərində uğurlar arzu edib.

Sonra RTŞ-nın müdiri dövlətin müəllimə və müəllimlik peşəsinə ayırdığı diqqət və qayğısından danışıb.

Daha sonra Lerik Rayon İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov təhsil   sahəsində çalışan peşə sahiblərinin sosial rifah halının yaxşılaşdırılması ilə əlaqədar bir sıra mühüm addımların atıldığını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncamda “Tərəqqi” medalına layiq görülən Gürdəsər kənd tam orta məktəbin riyaziyyat müəllimi Cəbrayılov Vahid Allahyar oğlu çıxışında ona göstərilən etimadın bundan sonrada doğruldacağını və bu uğurun təkcə özunün yox bütövlükdə Lerik təhsilinin uğuru olduğunu bildirib

Tədbirin sonunda müəllimlik fəaliyyətində fərqlənən müəllimlər fəxri fərmanlarla təltif olunub.


Açar sözlər: ,  ,