03.06.2019

Şura iclası

03.06.2019-cu il tarixdə Lerik Rayon Təhsil Şöbəsi növbəti şura iclasını keçirib.

Şurada Lerik RTŞ-nın müdiri Zöhrab Salayev, RTŞ-nın məsul əməkdaşları, 15 Saylı ƏMHM-nın nümayəndisi və ümümtəhsil müəssisələrinin rəhbərləri iştirak edib.

İclasda gündəlikdə duran məsələlər və cari məsələlər müzakirə olunub.

Lerik RTŞ-nın müdiri Z.Salayev Lənkəran şəhərində Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva və Təhsil Nazirliyinin Məktəbəqədər təhsil və ümumtəhsil məktəbləri üzrə şöbə müdiri Aydın Əhmədovun iştirakı ilə keçirilən müşavirədə müzakirə olunan məsələlər, tapşırıqlar və tövsiyyələr haqqında genış məruzə edib.

Sonda Respublika üzrə keçirilən fənn olimpiadalarının  respublika mərhələsinin qalibləri, ümumilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə bağlı Bədii qiraət müsabiqəsinin qalibi və inşa yazı müsabiqəsinin qalibi mükafatlandırılıb.


Açar sözlər: ,  ,