21.05.2019

"Nəsiminin 650 illiyi"    

21 may 2019-ci il tarixdə Lerik rayon E.Səfərov adına Çayrud kənd tam orta məktəbində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən böyük Azərbaycan şairi İmadəddin Nəsiminin (1369-1417) 650 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbirin açılışında əvvəl məktəbin şagirdlərinin tədbir ilə bağlı əl işlərinə, rəsm əsərlərinə baxış keçirilib.Sonra tədbiri giriş sözu ilə açıq elan edən məktəb direktoru tədbiri aparmaq üçün məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Qədir Kərimova sözü verib.

Qədir Kərimov Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünə məxsus layiqli yer tutan Nəsimi yaradıcılığı haqqında dolğun məlumat verərək əvvəl məktəb müəllimlərinə,sonra isə Nəsiminin qəzəl,qəsidə,rubai,tuyuq janrlarında yazdığı şeirləri ifa etmək üçün məktəb şagirdlərinə söz verib.

Tədbirin son hissəsində böyük mutəffəkir,şair Nəsiminin qurbətdəki həyatının son anlarını olduğu kimi işıqlandıran,ssenarist və məşqçi-müəllim Qədir Kərimovun rəhbərliyi ilə səhnəcik göstərilib.

Tədbirin sonunda məktəb direktoru tədbirdə ən yaxşı ifalara görə fərqlənən şagirdlərə, habelə təşkilatçı Qədir Kərimova simvolik hədiyələr və fəxri fərmanlar verib

 

 


Açar sözlər: ,  ,  ,