21.05.2019

Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir

21 may 2019-cu il tarixdə Lerik Rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə aid  şəhər ümumtəhsil məktəblilərinin III sinif şagirdlərindən təşkil olunmuş komandalar arasında "Biz hamıdan irəlidəyik!" adlı bilik yarışı keçirilib.

Yarışda finala vəsiqə qazanmış 6 komanda- Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyadan 2 komanda-“Zirvə” və” Azəri” komandaları, şəhər 3 nömrəli tam orta məktəbdən 4 komanda-“Qığılcım”,” Müdriklər”, “Yenilməzlər”və “Günəş” komandaları iştrak ediblər.

Yarışın sonunda Azəri komandası-I(birinci), Müdriklər komandası-II (ikinci), Qığılcım komandası isə III (üçüncü) yerin qalibi oldu.

Qalib komandalar Lerik rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olundular.


Açar sözlər: ,  ,