27.05.2019

"Nəsimi ili"

Bu il ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan olunub.

Bu məqsədlə Mikayıl Qasımov adına Bibiyoni kənd ümumi orta məktəbinin akt zalında dərsdən sonra məktəb kollektivinin iştrakı ilə Nəsimi ilinə həsr olunmuş tədbir keçirilib.

İlk olaraq məktəbin direktoru N.Qafarov Nəsimi ilinin qeyd olunması ilə bağlı məktəbdə həyata keçirilən silsilə tədbirlər haqqında məlumat verib.

O, qeyd etdi ki, “Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.

Daha sonra tədbir şagirdlərin ifasında dahi şairin şer parçaları səsləndirilməsi və Nəsimi filmindən fraqmentlərin göstərilməsi ilə davam edib.


Açar sözlər: ,  ,  ,