04.03.2019

Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Lerik rayonununda səfərdə olub

04.03.2019-cu il tarixdə Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Lerik rayonunun bir neçə umumtəhsil məktəblərində təlim tərbiyə işinin təşkili, tədrisin vəziyyəti, məktəblərinin maddi-texniki tədris bazasının vəziyyəti ilə yerində tanış olmuş öz tapşırığ və tövsiyyələrini vermişdir.

Sonra nazir müavini M.Vəliyeva rayonun umumtəhsil məktəblərinin direktorları, 15 saylı ƏMHM-nın və rayon təhsil şöbəsinin işçiləri ilə Lerik şəhər 3 nömrəli tam orta məktəbin akt zalında göruş keçirib.

Giriş sözündə RTŞ-nın müdiri Z.Salayev qonaqları salamlayaraq 2018-2019-cu tədris ilinin təhsildə keyfiyyət ilinin davamı olduğunu bir daha vurğulayaraq Lerik rayon umumtəhsil məktəblərinin 2017-2018-ci tədris ilindəki statistik göstəriciləri və təhsilin keyfiyyət səviyyəsi haqqında geniş və ətraflı  məlumat vermişdir.

Görüşdə təhsil sahəsində həyata keçirilən islahatlar, qarşıda duran prioritetlər barədə ətraflı danışan Məhəbbət Vəliyeva mövcud problemlərin aradan qaldırılması üçün tövsiyələr verib.

Daha sonra nazir müavini RTŞ-nın inzibati binasında Rayon təhsil şöbəsinin işçiləri ilə səmimi söhbət edərək onların rəy və təkliflərini dinləyərək münasibətini bildirdi.

 

 

 


Açar sözlər: ,  ,  ,