26.02.2019

"Xocalı Faciəsi"

Fevralın 26-da Lerik  rayon  Mikayıl  Qasımov adına Bibiyoni  kənd  ümumi  orta  məktəbdə   Xocalı soyqırımına həsr edilmiş XOCALI  QƏTLIAMI  - 27   adlı  anım tədbiri keçirilib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.      

Giriş sözü ilə çıxış edən məktəbin  direktoru  Nəriman Qafarov  bildirib ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş və faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Xocalıda baş vermiş soyqırımıdır.

Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə bir sırada durur.

Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilmişdir.

Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır.

Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdur.

Soyuq, qarlı fevral gecəsində yüzlərlə soydaşımız əsir düşmüş, girov götürülmüşdür. Nə qədər insan erməni təcavüzündən yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olmuşdur.

Qeyd edilib ki, Xocalı hadisələri əsl soyqırımıdır. Xocalıda öldürülən yüzlərlə insandan 56 nəfəri xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir.

Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, hətta körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmışdır.

Ermənilər meyitləri belə təhqir etmişlər.

Tədbirdə bir daha vurğulanıb ki, Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur  və  unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı ilə əlaqədar xüsusi fərman vermişdir.

Azərbaycan Respublikası  Milli Məclisinin qərarı ilə 26 fevral - Xocalı soyqırımı və milli matəm günü elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-ci ildə isə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən fərman imzalanmışdır. 

Tədbir  şagirdlərin  ifasında  səslənən  kompozisiyalarla  davam  etdirilmişdir.

Allah  şəhidlərimizə  rəhmət  eləsin!!!

 


Açar sözlər: ,  ,  ,