17.01.2019

Müşavirə iclası

16.01.2019-ci il tarixdə Lerik rayon 3 nömrəli tam orta məktəbin akt zalında, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının 28 dekabr 2018-ci il tarixli,  8/1 nömrəli qərarı ilə təsdiq edilmiş  “Ümumi təhsil pilləsində təhsilalanların attestiyasasının (yekun qiymətləndirmə (attestiyasiya) istisna olmaqla) aparılması qaydası” ilə rayonun ümumtəhsil  məktəblərinin rəhbərlərini  tanış etmək, onlara  geniş izahat vermək  məqəsdilə təlimati  muşaviriə keçirilib.

Muşavirədə Lerik RTŞ-nin işçiləri, ümumtəhsil məktəblərinin direktorları və tədris işləri üzrə müavinləri iştrak edib.

Müşavirəni Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev açaraq yığıncaqın məqsədi  və qarşıda duran vəzifələr barədə danışıb.

Sonra rayon Təhsil Şöbəsinin metodisti  Mehman Rəcəbov  sözu gedən “Qayda” barədə muşavirə iştrakçılarına diaqnastik, formativ və summativ qiymətləndirmələrin aparılması barədə maddə-maddə izahat verib,sonda onları maraqlandıran sualları cavablandırıb.