28.11.2018

Qazilərlə görüş

 

15.11.2018-ci il tarixdə Lerik rayon Namaz Muradov adına Günəşli kənd tam orta məktəbdə “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” adlı tədbir keçirilib.

Yüksək səviyyədə təşkil edilən tədbirdə aprel döyüşlərinin iştrakçısı Qazi Eşqin Hüseynov,Şəhid Namaz Muradovun atası Fərman Muradov,  Lerik  RTŞ-nin əməkdaşları  H.Əliyev ,M. Rəcəbov, Hərbi komisarlığın nümayəndəsi  N.Əliyev,   İcra nümayəndəsi M.Vəliyev Təqaüdçü müəllimlər, valideyinlər, və şagirdlər iştrak edib.

Tədbir dövlət himninin səslənməsi və Şəhidlərin ruhunu yad  etməklə açıq elan olunub.

Tədbiri giriş sözu ilə məktəb direktoru Qurban Ağayev açaraq qonaqları salamlayıb görüşün təşkil olunmasında məqsədin,qazilərin müharibə zamanı keçdiyi həyat yolunu , onların yaşadığı anları , müharibə ilə bağlı xatirələri  öz dillərindən eşitmək olduğunu bildirərək, Qazi Eşqin Hüseynovu  və şəhid Namaz Muradovu şagirdlərimizə həmişə bir örnək olduğunu vurğulayıb.

Sonra  ulu öndər Heydər Əliyevin,prezident İlham Əliyevin şəhid ailələrinə qarşı diqqət və qayğısını əks etdirən videoçarx, eləcədə şəhid Namaz Muradov və Qazi Eşqin Hüseynov haqqında videoçarx numayiş etdirilib.

Sonra tədbir iştrakşıların şəhidlərimiz və milli qəhrəmanlarımız haqqında geniş çıxışı dinlənilib.

Məktəb şagirdləri  Qazi və şəhidlərimizin xatirəsinə vətənpərvərlik mövzusunda şeirlər səsləndirib.


Açar sözlər: ,  ,