12.11.2018

Dövlət Bayrağı Günü

 

 

09.11.2018-ci il tarixdə Lerik rayon Namaz Muradov adına Günəşli kənd tam orta məktəbdə Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidi mövzusunda bayram tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə başlanılıb.

Tədbirdə çıxış edən məktəb direktoru Qurban Ağayev çıxışında Bayraq gününün yaranması haqqında tədbir iştrakçılarına geniş məlumat verib.

O, çıxışında qeyd edib ki, üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.

2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib

Sonda şagirdlər Vətən, azadlıq, müstəqillik haqqında şeirlər səsləndiriblər.


Açar sözlər: ,  ,  ,  ,  ,