24.10.2018

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 27 noyabr 2017-ci il tarixli, 423 №-li əmrinin icrası ilə bağlı konfrans keçirilib

23.10.2018-ci il tarixdə Astara rayonun Artupa kənd tam orta məktəbində “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə” Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 noyabr 2017-ci il tarixli, 423 №-li əmrinin icrası ilə bağlı konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər Təhsil Şöbəsinin müdiri Aydın Əhmədov, Daxili Nəzarət Şöbəsinin baş məsləhətçisi Rövşən Ağayev, Lerik, Lənkəran, Yardımlı, Cəlilabad, Masallı rayon Təhsil Şöbələrinin əməkdaşları, Lənkəran Dövlət Universitetinin prorektoru və müəllimləri, Astara Pedaqoji Kollecinin direktoru və rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.

Astara rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənovun məruzəsindən sonra çıxışlar dinlənilib, mövzuya dair təkliflər verilib, layihənin icrasında fəal iştirak etmiş bir qrup müəllim təltif olunub.

Pilot layihənin bir illik icrasının qənaətbəxş olması gələn qonaqlar tərəfindən qeyd edilib.