06.10.2018

5 oktyabr-Beynəlxalq Müəllimlər  Günü

Lerik rayon Təhsil Şöbəsi 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü Münasibətilə Lerik rayon 3 nömrəli tam orta məktəbdə tədbir keçirib.

Tədbirdə Lerik rayon İcra Hakimiyyətinin başçısı  Rövşən Bağırov, təhsil şöbəsinin müdiri, rayon idarə,təşkilat rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları və qabaqcıl müəllimlər iştirak edib.

Tədbiri giriş sözu ilə açan rayon təhsil şöbəsinin müdiri Zöhrab Salayev müəllimləri bugun münasibətilə təbrik edib, gənc nəslin tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında müəllimlərin müstəsna rolu olduğunu dilə gətirib.

Sonra təhsil şöbəsinin müdiri məruzəsində ötən tədris ilində rayonun təhsil işçilərinin qazandıqları uğurlardan geniş bəhs edib.

Daha sonra rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında müəllim nufuzunun artırılması üçün görülən işlərdən, müəllim peşəsinin məsuliyyətindən və aliliyindən danışıb.

Tədbirin sonunda qabaqcıl müəllimlər təhsil şöbəsi tərəfindən fəxri fərmanlarla təltif olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə Lerik rayonun Nürəvud kənd tam orta məktəbin coğrafiya müəllimi Liftiyev Rasim Şahab oğlu Azərbaycan təhsilinin inkişafında xidmətlərə görə “Tərəqqi” medalı ilə təltif olunub.

 


Açar sözlər: ,  ,