17.09.2018

"Bilik Günü"

Azərbaycan Respublikasının  Təhsil Naziri cənab Ceyhun Bayramovun  əmrinə müvafiq  15 sentyabr 2018-ci il tarixdə Lerik rayon Hamarmeşə kənd tam orta məktəbində  “Bilik Günü” nə həsr olunmuş bayram  tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə başlanıb.

Tədbirdə  Lerik rayon icra hakimiyyətinin nümayəndələri , əmək vetranları  və təhsil nümayəndələri  iştrak edib.

Məktəbin direktoru Fərman Haşımov məktəb şagirdlərini “Bilik” günü münasibətilə təbrik edərək onlara dərslərində və şəxsi işlərində yüksək naliyyətlər əldə etməsini arzulayıb.

məktəb direktoru 2017/2018-ci tədris ilinin yekunları, 2018/2019-cu tədris illərində görülən işlər barədə tədbir iştrakçılarına geniş məlumat verib.

Sonda “Bilik günü”münasibəti ilə birinci sinif şagirdlərinin müəllimlərlə görüşləri, sinif otaqları, dərs cədvəli ilə tanış olması təşkil olunub, sinfin növbəliliyi barədə məlumatlandırılıblar.

 


Açar sözlər: ,  ,  ,  ,