13.09.2018

Ənənəvi sentyabr konfransı

10.09.2018-ci il tarixdə Lerik rayon Təhsil işçilərinin ənənəvi konfransı keçirilib.

Konfransda Təhsil Nazirliyinin əməkdaşı, Azərbaycan Respublikası  Təhsil  İnstitutunun Təhsil Keyfiyyəti Şöbəsinin müdiri  İlham Cavadov, Lerik rayon İcra Başçısının müavini Arzu Vəlimmədova, Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev,Ərazi İcra  hakimiyyətinin nümayəndələri, təhsil işçiləri və yüksək bal toplayan şagirdlər iştrak ediblər.

İştrakçılar əvvəlcə şəhərin mərkəzində yerləşən ümumilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının himninin səslənməsi ilə başlanıb.

Sonra rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayevin geniş məruzəsi dinlənilib.

Lerik RTŞ-nin müdiri konfrans iştrakçılarını salamlayaraq məruzəsini ümumilli  lider Heydər Əliyevin müəllim haqqında dedikləri sözlərlə başlayıb.

Sonra Lerik RTŞ-nin müdiri məruzəsində  qeyd edib ki, Dövlət başçısının son illərdə təhsillə bağlı  verdiyi fərman  və sərəncamları  təhsilin inkişafına, onun milli-mənəvi dəyərlərə söykənməklə dünya təhsilinə inteqrasiyasına təkan  verdiyini bildirib.

Məruzədə Lerik rayonu üzrə 2017/2018-ci tədris ilində ümumitəhsil sahəsində görülən işlər haqqında, 2017/2018-ci tədris ili üçün kadr təminatı, 2017/2018-ci tədris ilində buraxılış imtahanlarının nəticələri haqqında geniş məlumat verilib.

Tədbirin sonunda bir neçə qabaqcıl müəllimlərə,direktorlara və yüksək bal yığan şagirdlərə fəxri fərmanlar verilib.


Açar sözlər: ,  ,