25.04.2016

Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseydə şəhid yad edildi

Arif Nuriyev adına Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseydə şəhid Arif Nuriyev döğum gününün 45 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə məktəb pedaqoji kollektivi , Lerik Rayon İcra Hakimiyyəti və Lerik Rayon Təhsil Şöbəsinin məsul işçiləri iştirak etmişdir.

Tədbirdə rəsmi təşkilat nümayəndələri ilə yanaşı şəhidin anası və qardaşı çıxış etdilər.

Çıxışlarında şəhidin keçdiyi həyat yolundan danışdılar və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdilər.

Məktəb şagirdləri tərəfindən hazırlanmış bədii kompazisiya təqdim olundu.

 


Açar sözlər: ,