14.06.2018

Son zəng tədbiri

14.06.2018-ci il tarixdə Lerik rayon E. Səfərov adına Çayrud kənd tam orta məktəbdə son zəng tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra  məktəbin direktoru Eltay Almasov çıxışında 2017-2018-ci tədris ilinin başa çatması münasibəti ilə məktəb kollektivini təbrik edib,  tədris ili ərzində görülən və qazanılan uğurlar barədə məlumat verərək yeni tədris ilində dahada səylə çalışıb daha yüksək nailiyyətlər əldə etməsini bildirib.

Məktəb rəhbəri sonra məzunları “Son zəng” münasibəti ilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıb.

Daha sonra məktəb direktoru il ərzində yüksək  nəticə göstərən müəllim və  şagirdləri  fəxri fərman və qiymətli hədiyələrlə mükafatlandırıb.

Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

 


Açar sözlər: ,  ,  ,  ,