01.06.2018

Uşaqların Beynəlxalq Müdafiə Günü

 

.

01.06.2018 ci il tarixdə Lerik rayon Malik Bağışov adına 3nömrəli tam orta məktəbdə Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayevin  İştrakı ilə Uşaqların Beynəlxalq müdafiə Günü ilə bağlı “Uşaqların nağıl dünyası” adlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Təhsil Şöbəsinin müdiri çıxışını Ümumilli leder cənab Heydər Əliyevin 1 iyun 1998 ci il Uşaqların Beynəlxalq Müdafiəsi günu çıxışı ilə başlayıb

Əziz uşaqlar, əziz balalar!

Uşaqlar dünyada hamı üçün əzizdir.

 Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir.

Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq müdafiə günü on illərdir bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Təhsil Şöbəsinin müdiri çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən öndə vəzifələrindən biri hesab etməlidir.

 Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır.

 Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

Sonda tədbirdə fəallıq göstərən uşaqlara diplom və qiymətli əşyalar verilib

 


Açar sözlər: ,  ,  ,  ,