28.05.2018

Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə aid "XƏMSƏ" yarışması keçirilib

22may 2018-ci il tarixdə Lerik Şəhər 1 nömrəli  Texniki fənlər təmayülü liseydə Azərbaycan xalq cümhuriyyətinin 100 illiyinə həsr olunmuş  ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Xəmsə” Milli intelektual oynu uzrə Lerik rayon Çempionatının şəhər zonası  üzrə seçim yarışması keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət  Himninin  səslənməsi ilə başlayıb.

Gənclər və İdman idarəsinin rəisi  Natiq İsaqov yarış iştrakçılarını salamlayaraq  yarışın keçirilməsi qaydaları haqqında məlumat verərək  onlara uğurlar arzulayıb.

Yarışda Lerik Şəhər 3 nömrəli tam orta məktəbi, Lerik şəhər texniki fənlər təmayüllü liseyi, Lüləkəran,Nuravud, Cəngəmiran, Anbu və Mastail kənd tam orta məktəbinin komandaları iştrak edib.

Çox gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda lerik şəhər 3 nömrəli tam orta məktəbin komanadası birinci yeri, Mastail kənd tam orta məktəbin komandası ikinci yeri, Lerik Şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin komandası üçüncü yeri tutaraq final yarışmasına vəsiqə qazanmışlar.

24 may 2018-ci il tarixdə  Lerik şəhər  Mədəniyyət evində baş tutan final  yarışmasında Lerik rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə  müavini Arzu Vəliməmmədova, Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, Lerik rayon Təhsil Şöbəsinin yanında Metodkabinetin direktoru Hicran İbrahimov, və Lerik rayon Gənclər və İdman idarəsinin rəisi Natiq İsaqov İştrak edib.

Tədbirdə çıxış edən Lerik rayon Təhsil Şöbəsinin yanında metodkabinitin  direktoru Hicran İbrahimov  və   digər məsul şəxslər məktəbliləri  finala vəsiqə qazanması münasibətilə təbrik edib onlara yarışmada uğurlar arzulayıb.

Nəticədə  birinci yeri Lerik 3 nömrəli tam orta məktəbin komandası,  ikinci yeri Lerik  Şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin komandası,  üçüncü yeri Mastail kənd tam orta məktəbin komandası tutub.

Qaliblər  Fəxri fərman və qiymətli hədiyyələrlə təltif  edilib.