18.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi

Azərbaycan xalq cümhuriyyətinin yaranmasının 100 illiyi mövzusunda Lerik rayon Təhsil Şöbəsi  Heydər Əliyev Mərkəzində tədbir keçirib.

Tədbir  Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.

Tədbirdə çıxış edən Lerik rayon Təhsil Şöbəsinin müdiri  Zöhrab Salayev bildirib ki, Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə xalq cümhuriyyəti ili elan etməsi  tarixi hadisədir, ölkə başçısının bu qərarı Azərbaycan Xalqının  dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək  dəyərin bariz nümnəsidir.

Tədbirdə çıxış edən məruzəçilər qeyd edib ki,  Dünya birliyi tərəfindən  tanınmış  xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində  Azərbaycan beynəlxalq hüququn subyekti  olması 1920-ci ilin aprel ayından bolşevik işğalından sonra bir dövlət kimi dünyanın siyasi xəritəsindən  silinməsinin qarşısını alıb.

Sonda vurğulanıb  ki, ümumilli lider  Heydər Əliyevin qurduğu müstəqil dövlət indi onun siyasi davamçısı prezident  İlham Əliyevin  yürütdüyü siyasət nəticəsində  dünyada tanınan və inkişaf edən ölkələr sırasında layiqli yerini tutub.

 


Açar sözlər: ,