24.05.2018

23.05.2018-ci il tarixdə şura iclası keçirib

23.05.2018-ci il tarixdə Lerik rayon Təhsil şöbəsi Lerik rayon  Malik Bağışov adına  3 nömrəli tam orta məktəbdə  Lerik rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev, Lerik rayon Təhsil  Şöbəsinin məsul işçiləri, və Lerik rayon Təhsil Şöbəsinin tabeçiliyində olan bütün ümumtəhsil məktəblərinin direktorları, tədris işləri üzrə direktor müavinləri , və riyaziyyat müəllimlərinin iştrakı ilə tədbir keçirilib.

Tədbirdə çııxış edən  Lerik rayon Təhsil Şöbəsinin müdiri  Dövlət İmtahan Mərkəzinin 2018-ci il mart ayında keçirilən IX siniflərinin buraxılış imtahanlarının,  və Dövlət İmtahan Mərkəzinin yaz aylarında keçirilmiş ali məktəbə qəbul imtahanlarının nəticələri müzakirə olunub.

IX sinif şagirdlərinin nəticələri zəif olan məktəb rəhbərlərinə və fənn müəllimlərinə irad və təkliflərini bildirərək işlərində dönüş yaratmqları tələb olunub.

Nöqsanları olan məktəb direktorlarına  şifahi xəbərdarlıq  edilib.

Sonra çıxış edən Təhsil işçiləri gündəlikdə olan bəzi  məsələlərlə bağlı  məlumatlarını verib.

Tədbirin sonunda Lerik rayon Təhsil Şöbəsinin müdiri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar 2018-ci ilin aprel ayında Bakı şəhərində  keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin  üçüncüsü olan  Lerik rayon Malik Bağışov adına 3 nömrəli tam orta məktəbinin 10-ci sinif şagirdi Seyfullazadə Kənan Kamran oğlunu və Respublika fənn olimpiadasında Azərbaycan dili fənni üzrə üçüncü yerə layiq görülən Veri kənd tam orta məktəbinin IX sinif şagirdi  Zeynalov Samir Elxan oğlunu  fənn müəəlimləri Hafiz Cabbarov, Nüşabə Vahabova,və  Müşfiq Məmmədovu   fəxri fərmanla təltif edərək onlara gələcək işlərində uğurlar arzulayıb.

 

 


Açar sözlər: ,  ,