17.05.2018

Lerik rayonun Hamarmeşə kənd tam orta məktəbində açıq dərslər dinlənilib

16.05.2018-ci tarixdə Lerik rayon Hamarmeşə kənd tam orta məktəbində Lerik rayon İcra Hakimiyyəti  Başçısının Hümanitar məsələlər üzrə  müavini Arzu Vəliməmmədova, Lerik rayon Təhsil Şöbəsinin mudiri Zöhrab Salayev,və Lerik rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi  Zaur Hüseynovun iştrakı ilə açıq dərslər dinlənilib.

Müəllimlərdən Namiq Hümmətov tarixdən, Qadir Rzayev Azərbaycan dilindən, Bənövşə Davudzadə isə riyaziyyatdan açıq dərslər keçirib.

Keçirilən açıq dərslərdə İnnovativ üsullardan istifadə edən müəllimlərə iştrakçılar öz tövsiyə və məsləhətlərini  verib.

Ümumilikdə keçirilən  dərslərdən, və xüsusən məktəbin direktoru Fərman  Haşımovdan iştrakçılar razılığını bildirib.

Sonda  rayon təhsil şöbəsinin müdiri  Zöhrab Salayev çıxışında məktəbin tikilməsində,  məktəbdə bütün lazımı şəraitin qurulmasında  Ümumilli lider cənab Heydər Əlirza oğlu Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin əvəzolunmaz rolu olduğunu vurğulayıb.

 


Açar sözlər: ,  ,  ,