14.05.2018

Pedaqoji əməkdaşlıq davam edir.

Lerik və Astara rayon Təhsil Şöbələri arasında Pedaqoji əməkdaşlıq davam edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 05.01.2018-ci il tarixli 21 nömrəli əmrinə əsasən “Pedaqoji əməkdaşlıq əlaqələri barədə birgə tədbirlər “ proqramına uyğun olaraq 11.05.2018-ci il tarixində Lerik rayonu Namaz Muradov adına Günəşli kənd tam orta məktəbin kollektivi, məktəbin direktoru Qurban Ağayev, məktəbin qabaqcıl müəllimləri  Şərifova Ramidə, Baxşıyeva Fəridə, Əliyeva Məleykə, Əliyeva Aynur, Manafov Aydın və Nəbizadə Rakif Astara rayonun Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbində növbəti dəfə iştrak edib.

Nümayəndimiz bu dəfə dərs dinləmələrdə iştrak edib, Fiziki tərbiyə dərslərində hər iki məktəbin şagirdləri arzasında şahmat oyunu keçirilib.

Məktəblilərin qarşılıqlı debatı təşkil olunmuş, məktəblər arasında fəal təlimlərin fənn kurikullumlarının təbliği sahəsində diskusiyyalar aparılmış, məktəbin qabaqcıl müəllimlərinin nümnəvi  dərsləri  və fəal təlim metodları ilə tanış olunub.

 

 


Açar sözlər: ,  ,  ,