07.05.2018

Ən yaxşı təqdimat müsabiqəsi.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsində Lerik rayon Malik Bağışov adına 3 saylı tam orta məktəbin 10-ci sinif şagirdi Seyfullazadə Kənan Kamran oğlu III yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqənin ölkə mərhələsində bütün bölgələrdən olan 104 şagird iştirak edib. Şagirdlər Təhsil Nazirliyində yaradılmış işçi qrupun qarşısında 10 dəqiqəlik təqdimatla çıxış ediblər. Çıxışlar əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında maksimum 10 balla qiymətləndirilib.

Müsabiqənin nəticələrinə əsasən, şagirdlərə  Gülüstan Sarayında diplom, tərifnamə və qiymətli hədiyyələr verilib.