04.05.2018

”Ağ külək”  adlı şeirlər kitabının təqdimatı keçirilib

Sevimli  şairimiz Agacəfər Həsənlinin Ağ külək”  adlı şeirlər kitabının təqdimatı keçirilib.

Təqdimatda  Lerik şəhər 1 nömrəli liseydə Lerik rayon Təhsil Şöbəsinin müdüri Zöhrab Salayev, Lerik rayon İcra başçısının müavini Arzu Vəliməmmədova, Uşaq Gənclər İdman və Şahmat məktəbinin direktoru İlham Zulfiyev,  və Lerik şəhər 1 saylı tam orta məktəbin direktoru Şxəliyeva Gültəkinin iştrakı ilə görüş kecirilib.

Tədbirdə çıxış edən Lerik rayon Təhsil Şöbəsinin müdiri və  başqaları Ağacəfər Həsənlini təbrik ediblər, onun insani keyfiyyətlərindən və yaradıcılıq xüsusiyyətlərindən söz açıblar.

Bildirilib ki, onlarca şeir, publisistika və tərcümə kitabları işıq üzü görən şairin "Ümidimin adına küçə” adlı şeirlər və poemalar toplusu Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. Ağacəfər Həsənli ədəbiyyatımızı bir sıra beynəlxalq tədbirlərdə uğurla təmsil edib. O, Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY mükafatı laureatıdır. Əsərləri 30-dan çox dilə - rus, ingilis, fransız, bolqar, ərəb, qazax, Ukrayna, çex və başqa dillərə tərcümə edilib. Hazırda Ağacəfər Həsənli ədəbi-bədii fəaliyyətini davam etdirir, "Mars” ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktorudur.

Tədbirdə Litseyin Şagirdləri  Elmin Zulfiyev və digər şagirdlər şairin şeirlərindən parçalar söylənilib, və müəllif tərəfindən kitabla hədiyyələr verilib.  

Sonda Ağacəfər  Həsənli tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.

 

 


Açar sözlər: ,  ,  ,