30.04.2018

Ümummili lider Heydər Əliyevin anadan olmasının 95–ci il dönümü 

Ümummili lider Heydər Əliyevin anadan olmasının 95 – ci ildönümü münasibətilə Lerik rayonu Bibiyani kənd ümumi orta məktəbində V – IX sinif şagirdləri arasında inşa müsabiqəsi keçirilib.

Tədbirdə çıxış edən məktəbin direktoru Nəriman Qafarov bildirib ki, Ulu Öndərimizin ən böyük arzularından biri də siz uşaqların savadlı və bilikli böyüməsi olub.

Bütün zamanların ən böyük azəbaycanlısı, əvəzolunmaz lider olan H. Əliyev bütün fəaliyyəti boyu təhsilə xüsusi önəm verib. Ulu öndərin layiqli davamçısı olan dövlət başçımız İlham Əliyev də bu gün təhsil sahəsinə xüsusi qayğı göstərir. “Sizlərin hər birinizin ən önəmli vəzifəsi elmlərin sirlərinə yaxından bələd olaraq Ulu öndərin ruhunu şad etməkdir” deyə məktəb direktoru qeyd edib.

Daha sonra isə Ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolunu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işləri haqqında məktəbin tarix müəllimi Mətləb Hümmətov çıxış edərək ulu öndər Heydər Əliyevin irsinin daimi öyrənildiyini şagirdlərin nəzərinə çatdırıb.

Məktəbin Azərbaycan dili müəllimi Fatma Rzayeva müsabiqə şərtləri haqqında şagirdləri tanış edərək mövzuları elan etdi. Məktəbin Heydər Əliyevin anadan olmasının 95 – ci ildönümü ilə bağlı tədbirləri davam edir.


Açar sözlər: ,  ,  ,