27.04.2018

Ümumilli lider Heydər  Əliyevin anadan olmasının 95-ci il dönümü

Lerik rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar H.Əliyev “Müasir müstəqil Azərbaycanın qurucusudur” movzusunda Lerik rayon Təhsil Şöbəsinin məsul  işçisi və tarix müəllimi Xosiyev Qafurun təqdimatında açıq dərs keçirilib.

Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və  sosial-iqtisadi müstəqilliyinin təminatçısı mövzusunda şagirdlərə ətraflı məlumat verilib.

Tədbirdə Lerik rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.


Açar sözlər: ,  ,  ,