27.04.2018

Ulu öndər Heydər  Əliyevin anadan olmasının 95-ci ildönümü

Lerik rayon Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar H.Əliyev “Müasir müstəqil Azərbaycanın qurucusudur”movzusunda  Lerik  rayon Təhsil Şöbəsinin məsul  işçisi və tarix müəllimi  Xosiyev Qafurun  təqdimatında açıq dərs   keçirilib.

Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və  sosial-iqtisadi müstəqilliyinin təminatçısı mövzusunda şagirdlərə ətraflı məlumat verilib.

Tədbirdə Lerik rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.


Açar sözlər: ,  ,  ,