25.04.2018

“Sərhəd” hərbi-idman oyunu  üzrə rayon birinciliyi keçirilib

Gənc nəslin vətənə, onun sərhədlərinə hörmət ruhunda  tərbiyə edilməsi  və sərhədçi peşəsinə marağının artırılması məqəsdilə  Dövlət Sərhəd Xidmətinin N saylı  Sərhəd dəstəsinin, Lerik rayon Təhsil Şöbəsinin və Lerik rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə  ilə “Sərhəd” hərbi-idman oyunu  üzrə rayon birinciliyi keçirilib.

Yarışda rayonun ümumitəhsil  məktəblərinin  10-cu sinif şagirdlərindən ibarət 8 komandası iştirak edib.

Komandalar 8 mərhələ üzrə güclərini sınamış  və yekunda  Mastayıl  kənd tam orta məktəbin komandası  I yerə layiq görulərək zona müsabiqəsinə vəsiqə qazanıb.

Boykəndil  kənd tam orta məktəbin komandası  II yerə,  Çayrud kənd tam orta məktəbin komandası  III yerə layiq görülüblər.