28.03.2018

Pedaqoji əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlər

Pedaqoji əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlər davam etdirilir  Lerik və Astara rayonlarının seçilmiş ümumtəhsil məktəblərinin müəllimləri arasında pedaqoji əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlər davam etdirilir.  Belə ki, 27 mart 2018-ci il tarixdə Astara rayon ümumtəhsil  məktəblərinin rəhbərliyi və müəllimləri Lerik rayon Hamarmeşə kənd tam orta məktəbində  təcrübə mübadiləsində iştirak ediblər.

Görüş zamanı ümumtəhsillə bağlı aktual məsələlər, yeniliklər və problemlər müzakirə olunub.Həmçinin, qabaqcıl müəllimlərin nümunəvi dərsləri təşkil olunub.

Məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.


Açar sözlər: ,  ,