14.03.2018

Pedaqoji əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlər davam etdirilir

   

Lerik və Astara rayonlarının seçilmiş ümumtəhsil məktəblərinin müəllimləri arasında pedaqoji əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirlər davam etdirilir.

Belə ki, Lerik rayon Hamarmeşə kənd tam orta məktəbin rəhbərliyi və müəllimləri Astara rayon Pensər kənd tam orta məktəbində,Astara rayon Artupa kənd tam orta məktəbin rəhbərliyi və müəllimlər Lerik rayon Hamarmeşə kənd tam orta məktəbində  təcrübə mübadiləsində iştirak ediblər.

Görüş zamanı ümumtəhsillə bağlı aktual məsələlər, yeniliklər və problemlər müzakirə olunub.

Həmçinin, qabaqcıl müəllimlərin nümunəvi dərsləri təşkil olunub.

Məqsəd qabaqcıl pedaqoji təcrübə nümunələrinin öyrənilməsi, müəllim və məktəb rəhbərlərinin nümunəvi iş üsulları və metodları ilə tanışlıq və qarşılıqlı pedaqoji dəstək tədbirlərinin həyata keçirilməsidir.

 


Açar sözlər: ,  ,